ICE Academia Azərbaycanda ilk yerli ICF-ACTP akkreditə olunmuş kouçinq təhsili müəssisəsidir.
ICE Academia insanları həmişə irəliləməyə davam etməyi hədəfləyir. Peşəkar dəstək ilə bir insanın həm iş, həm də şəxsi həyatda sahib olduğu dəyərləri həyata keçirməsi asanlaşır. Özünü dərketmə prosesi ömürlük bir səyahətdir. Bu səyahət zamanı kiminlə səyahət edəcəyiniz səyahətin sonunda gedəcəyiniz yeri müəyyənləşdirir.
ICE Academia ilə səyahət inkişaf etməkdə olan dünya nizamı ilə ayaqlaşmağı asanlaşdırmaqla yanaşı, düzgün hədəflərə çatmaq üçün ilkin şərtdir. Qurumun müasir inkişaflarını nümunə götürən perspektiv alınacaq təlimlərin müəyyənedici elementi kimi müştərilərin qarşısına çıxır.
Bir insanın iş həyatını formalaşdıran bir çox proseslər var. Bu proseslərin düzgün idarə olunması şəxsi qabiliyyətlərin üzə çıxarılması ilə mümkündür. İnsan özünü və bacara biləcəyini başa düşmək üçün özünü doğru tanımalı olduğu halda, həm gündəlik həyatda, həm də iş həyatında peşəkar bir baxış bucağı həmişə irəliləməyi asanlaşdırır.
İnsanın həyatı boyu ala biləcəyi təlimlər sayəsində davamlı olaraq özünü inkişaf etdirməsi mümkündür. Kouçinq təlimləri həm də insana peşəkar mənada yeni baxışlar qatır. ICE Academia əldə ediləcək məqsədlər üçün doğru ünvandır.
ICE Academia-nı seçmək üçün 6 vacib səbəb