PMI-CPMAI™ — PMI Certified Professional in Managing AI
Süni intellektdən istifadə etmək ≠ AI layihələrini idarə etmək
PMI-CPMAI™ süni intellekt təşəbbüslərini biznes ehtiyacından real və ölçülə bilən nəticələrə qədər idarə etmək üçün strukturlaşdırılmış, təkrarlana bilən və alətdən asılı olmayan (tool-agnostic) metodologiya təqdim edir.
AI layihələrinin uğuru yalnız düzgün texnologiyanın seçilməsindən asılı deyil.
Biznes məqsədləri, məlumatların keyfiyyəti, dəyişən modellər, multidisiplinar komandalar, governance, etik məsələlər və risklər birlikdə idarə olunmalıdır.
PMI Certified Professional in Managing AI (PMI-CPMAI)™ AI layihələrinin idarə olunması üçün xüsusi hazırlanmış strukturlaşdırılmış metodologiya və peşəkar sertifikasiyadır.
Məqsəd sizə müəyyən bir AI alətindən istifadə etməyi öyrətmək deyil.
Məqsəd AI layihələrini idarə etməyi öyrətməkdir.
PMI-CPMAI™ yanaşması AI layihəsinin həyat dövrünü biznes ehtiyacının müəyyən edilməsindən məlumatların hazırlanmasına, modelin inkişafı və qiymətləndirilməsinə, daha sonra isə həllin real iş mühitində tətbiqinə qədər əhatə edir.
AI sürətlə biznesin ayrılmaz hissəsinə çevrilir. Lakin AI texnologiyalarından istifadə etmək ilə AI təşəbbüslərini sistemli şəkildə idarə etmək eyni şey deyil.
PMI-CPMAI™ sizə:
AI təşəbbüslərini biznes məqsədləri ilə əlaqələndirməyi;
multidisiplinar və qlobal komandaları koordinasiya etməyi;
AI tələbləri dəyişdikcə iterativ delivery prosesini idarə etməyi;
Responsible AI, regulatory compliance və data governance risklərini idarə etməyi;
AI həllərini ölçülə bilən biznes dəyərinə çevirməyi öyrədir.
01. Business Understanding
Biznes problemini və məqsədləri müəyyən edin, AI-nin uyğun həll olub-olmadığını qiymətləndirin.
02. Data Understanding
Məlumatların mövcudluğunu, keyfiyyətini, uyğunluğunu və məhdudiyyətlərini qiymətləndirin.
03. Data Preparation
Məlumatları təmizləyin, strukturlaşdırın və modelləşdirmə üçün hazırlayın.
04. Model Development
Biznes məqsədlərinə uyğun modeli seçin, inkişaf etdirin və iterativ şəkildə təkmilləşdirin.
05. Model Evaluation
Modelin performansını, etibarlılığını və biznes məqsədlərinə uyğunluğunu qiymətləndirin.
06. Model Operationalization
AI həllini real iş proseslərinə tətbiq edin, monitorinq aparın və davamlı inkişaf etdirin.
Responsible & Trustworthy AI prinsipləri bütün mərhələlər boyunca metodologiyaya inteqrasiya olunur.
PMI-CPMAI™ AI təşəbbüslərini daha düzgün müəyyən etmək və strukturlaşdırmaq üçün 7 Patterns of AI çərçivəsindən istifadə edir:
Hyperpersonalization
Autonomous Systems
Predictive Analytics & Decision Support
Conversational & Human Interaction
Pattern & Anomaly Detection
Recognition
Goal-Driven Systems
Bu çərçivə AI layihələrinin scope-nu müəyyən etməyə, qeyri-müəyyənliyi azaltmağa və təşəbbüsləri biznes məqsədləri ilə əlaqələndirməyə kömək edir.
Modul 1 — The Need for AI Project Management
AI layihələrinin niyə çətinliklərlə qarşılaşdığını və CPMAI yanaşmasının bu problemləri necə strukturlaşdırdığını anlayın.
Modul 2 — Matching AI with Business Needs
Biznes ehtiyaclarını müəyyən edin, AI-nin uyğunluğunu qiymətləndirin, ROI-ni nəzərdən keçirin və layihənin scope-nu formalaşdırın.
Modul 3 — Identifying Data Needs
Doğru məlumatları müəyyən edin, compliance tələblərini nəzərə alın və lazım olan infrastrukturu planlaşdırın.
Modul 4 — Managing Data Preparation
Raw data-nı keyfiyyət yoxlamaları, augmentation və compliance controls vasitəsilə AI-ready vəziyyətə gətirin.
Modul 5 — Iterating Development & Delivery
Machine Learning-dən Generative AI-yə qədər modellərin iterativ inkişaf və validasiya prosesini idarə edin.
Modul 6 — Testing & Evaluating AI Systems
Performansı ölçün, model drift-i izləyin və nəticələrin etibarlı, explainable və biznes məqsədlərinə uyğun olmasını təmin edin.
Modul 7 — Operationalizing AI
AI həllərini real mühitə tətbiq edin, governance qurun və davamlı inkişafı planlaşdırın.
Project, Program və Product Managers
AI layihələrinə rəhbərlik edən və ya bu sahəyə keçmək istəyən peşəkarlar.
Data, IT və Technical Professionals
Texniki biliklərini strukturlaşdırılmış project leadership yanaşması ilə birləşdirmək istəyənlər.
Business Leaders və Decision Makers
AI investisiyalarına və digital transformation təşəbbüslərinə rəhbərlik edən menecerlər.
Consultants və Transformation Professionals
Təşkilatlar üçün AI transformasiyasını idarə edən mütəxəssislər.
Compliance və Governance Professionals
Responsible AI, risk, governance və regulatory compliance sahəsində çalışan peşəkarlar.
Problem deyil.
PMI-CPMAI™ proqramına başlamaq üçün əvvəlcədən AI və ya texniki təcrübə tələb olunmur.
- Minimum iş təcrübəsi tələbi yoxdur.
- Əvvəlki PMI sertifikasiyası tələb olunmur.
- Əvvəlki texniki və ya AI təcrübəsi tələb olunmur.
21 saatlıq Instructor-Led Exam Prep Course
ICE Academia proqramı canlı Instructor-Led Training formatında təqdim edir.
Təlim yalnız nəzəri məlumat və video izləməkdən ibarət deyil. PMI-nin rəsmi proqramı scenario-based exercises, case studies, workbook, instructor support və peer collaboration vasitəsilə öyrənilən konsepsiyaların praktik tətbiqinə yönəlib.
Proqrama daxildir:
- 21 saatlıq təlim
- PMI-nin rəsmi lisenziyalı tədris materialları
- Scenario-based exercises
- Case studies
- Downloadable workbook
- Instructor support
- Sertifikasiya imtahanına hazırlıq
21 PDU
11 Ways of Working | 7 Business Acumen | 3 Power SkillsPMI Premier Authorized Training Partner
ICE Academia PMI-nin Premier Authorized Training Partner statusuna malik rəsmi təlim tərəfdaşıdır.
Təlim PMI tərəfindən təqdim edilən rəsmi və lisenziyalı PMI-CPMAI™ tədris materialları əsasında keçirilir.
Instructor-Led Experience
Mövzuları təlimçi və digər iştirakçılarla müzakirə edir, praktiki nümunələr və case-lər üzərində işləyir, metodologiyanı real biznes və layihə mühitinə tətbiq edirsiniz.
AI + Project Management + Leadership
Fokus yalnız AI alətlərindən istifadə etmək deyil.
Fokus AI təşəbbüslərinə sistemli şəkildə rəhbərlik etmək və onları biznes nəticəsinə çevirməkdir.
120 sual
160 dəqiqə
İmtahan dili: English
İmtahan formatı: Pearson VUE — online proctored və ya test center
Sertifikasiya üçün namizəd minimum 18 yaşında olmalı və PMI-CPMAI™ Exam Prep Course-u tamamlamalıdır.
Mehmet Eğilmezer
PMI-CPMAI™ Instructor
PMI Construction Ambassador
PMP® · PMI-SCP™ · CSPP · GPM-b · PAL-I
ICF MCC · ACTC
Autodesk Certified Instructor
Beynəlxalq tikinti, layihə idarəetməsi və rəhbərlik sahəsində təxminən 25 illik təcrübəyə malik Mehmet Eğilmezer proqram boyunca PMI-CPMAI™ metodologiyasını real layihə və biznes nümunələri ilə əlaqələndirir.
AI texnologiyaları dəyişməyə davam edəcək.
AI layihələrini uğura aparan struktur, metodologiya və liderlik bacarıqları isə getdikcə daha vacib olacaq.
PMI-CPMAI™ ilə AI layihələrinə rəhbərlik etməyə hazır olun.
