Level 1 və Level 2 Kouçinq Proqramları Arasındakı Fərqlər

Kouçinq təhsili almağa qərar verdiniz. Proqramları araşdırmağa başlayarkən qarşınıza iki əsas termin çıxır: Level 1Level 2.

Birində ən azı 60 saat, digərində isə minimum 125 saatlıq təhsil nəzərdə tutulur. İlk baxışda seçim çox sadə görünə bilər:

“Daha çox saat varsa, deməli Level 2 daha yaxşıdır.”

Amma doğru seçim həmişə bu məntiqlə edilmir. Əsl sual “Hansı proqram daha yaxşıdır?” deyil. Əsl sual: “Mən peşəkar olaraq hara getmək istəyirəm?”

Çünki Level 1 və Level 2 arasındakı əsas fərq yalnız təlim saatlarının sayında deyil — onlar sizi fərqli peşəkar inkişaf mərhələlərinə hazırlayan iki ayrı təhsil yoludur.

Ən Vacib Fərq: Level 1 "ACC" Demək Deyil!

Kouçinq təhsili araşdırarkən ən çox qarışdırılan məsələlərdən biri budur. Level 1Level 2 proqramların ICF akkreditasiya səviyyələridir; ACCPCC isə fərdi kouçların qazandığı ICF ünvanlarıdır (credential).

  • Level 1 ≠ ACC

  • Level 2 ≠ PCC

Beynəlxalq Kouçinq Federasiyası (ICF) Level 1 proqramını minimum 60+ təlim saatı təqdim edən və ACC ünvanına aparan yol kimi müəyyən edir. Level 2 isə minimum 125+ təlim saatı ilə PCC ünvanına gedən yoldur.

Bu səbəbdən Level 1-i bitirdiyiniz gün avtomatik ACC, Level 2-ni bitirdiyiniz gün isə PCC olmursunuz. Təhsil — bu peşəkar yolun ən mühüm hissəsidir, lakin bütünü deyil.

Level 1 Kouçinq Proqramı Nədir?

ICF Level 1 akkreditasiyalı proqramlar peşəkar kouçinq kompetensiyalarının sistemli şəkildə öyrənilməsi üçün baza professional təhsil yoludur.

Bu səviyyədə məqsəd sadəcə kouçinq haqqında nəzəri məlumat almaq deyil. İştirakçı bir kouç kimi:

  • Etik çərçivədə davranmağı,

  • Kouçinq düşüncə tərzini (mindset) formalaşdırmağı,

  • Dərin etibar və təhlükəsiz mühit yaratmağı,

  • Aktiv dinləmə və fərqindəlik yaradan suallar verməyi,

  • Müştərinin inkişafını sistemli dəstəkləməyi praktik olaraq öyrənir.

Qısacası: Level 1 kouçinqi tanıdığınız yer deyil — kouç kimi formalaşmağa başladığınız yerdir.

Level 1 Kimlər Üçün Uyğundur?

  • Kouçinq sahəsinə yeni addım atanlar,

  • İlk peşəkar ünvanı olaraq ACC-ni hədəfləyənlər,

  • Kouçinq bacarıqlarını rəhbərlik fəaliyyətinə inteqrasiya etmək istəyən menecerlər,

  • HR və L&D (Öyrənmə və İnkişaf) mütəxəssisləri,

  • Kouçinqin uzunmüddətli karyera olub-olmayacağını fundamental səviyyədə test etmək istəyənlər.

Nüans: Level 1 “sadə” və ya “aşağı keyfiyyətli” təlim demək deyil. Bu, peşəkar inkişafın müəyyən bir mərhələsinə xidmət edən xüsusi akkreditasiya səviyyəsidir.

Level 2 Kouçinq Proqramı Nədir?

Level 2 daha geniş təlim saatı və dərin kompetensiya inkişafına yönəlmiş ICF akkreditasiya səviyyəsidir (minimum 125+ təlim saatı).

Burada iştirakçı artıq "Güclü sual necə verilir?" səviyyəsindən çıxır və daha dərin suallarla işləməyə başlayır:

  • Sualı niyə verirəm? Bu sual müştərinin düşüncəsini açır, yoxsa onu istiqamətləndirir?

  • Sessiyada mənim gündəmim var, yoxsa müştərinin gündəmini izləyirəm?

  • Sükut yarananda onu doldurmağa çalışıram, yoxsa müştəriyə düşünmək üçün sahə verirəm?

  • Mən həqiqətən dinləyirəm, yoxsa növbəti sualımı hazırlayıram?

Peşəkar kouçluğun dərinləşməsi və ustalığa keçid məhz bu nöqtədə başlayır.

(İnsert Link: Level 2 Kouçinq Təhsili: Peşəkar Kouçun İnkişaf Yolu)

Level 1 və Level 2 Arasındakı Əsas Fərqlər

Meyar Level 1 Level 2
ICF Proqram Akkreditasiyası Level 1 Level 2
Minimum Təlim Saatı 60+ saat 125+ saat
Hədəflənən Ünvan (Credential) ACC PCC
İnkişaf Fokus Mərhələsi Fundamental peşəkar kompetensiyalar Dərinləşmiş peşəkar kompetensiyalar
Kimlər üçün Uyğundur? Yeni başlayanlar və ACC-yə yönələnlər Dərinləşmək istəyənlər və PCC-ni hədəfləyənlər

Bu cədvəldə görünməyən ən mühüm fərq isə sizin fərdi məqsədinizdir.

Level 2 "Daha Yaxşıdırmı"?

Bu sual tez-tez verilir, lakin yanaşma bir qədər yanlışdır.

Təsəvvür edin ki, iki nəfər təhsil axtarır:

  1. Birinci şəxs HR rəhbəridir: Məqsədi kouçinq kompetensiyalarını komandasına tətbiq etmək və sistemli baza almaqdır.

  2. İkinci şəxs peşəkar kouç olmaq istəyir: Məqsədi tam olaraq bu sahədə karyera qurmaq və PCC ünvanına çatmaqdır.

Bu iki insanın ehtiyacı eyni ola bilməz. Doğru proqram — en böyük proqram deyil, sizi getmək istədiyiniz yerə aparan proqramdır.

Level 1-dən Sonra Level 2-yə Keçmək Olarmı?

Bəli, peşəkar inkişaf pilləli şəkildə qurula bilər:

Level 1PraktikaACC ÜnvanıDərinləşməLevel 2 / PCC Ünvanı

Vacib məqam: "Level 1-də aldığım bütün saatlar avtomatik olaraq istənilən Level 2 proqramına keçəcək" fərziyyəsi hər zaman doğru olmaya bilər. Seçdiyiniz təlim mərkəzinin modullararası keçid şərtlərini əvvəlcədən dəqiqləşdirməlisiniz.

(İnsert Link: Beynəlxalq Kouçinq Sertifikatı: Karyeranız Üçün Nə Vəd Edir?)

Mentor Kouçinq Niyə Bu Qədər Vacibdir?

Kouçinqdə maraqlı bir paradoks var: Başqalarının düşüncəsini açmağa çalışarkən, bəzən özümüzün necə kouçluq etdiyini görə bilmirik.

  • Sualımızın açıq olduğunu düşünürük — ama daxilində gizli məsləhət olur.

  • Dinlədiyimizi düşünürük — ama əslində növbəti cavabı hazırlayırıq.

Mentor coaching məhz bu görünməyən kör nöqtələri işıqlandırır. Proqram seçərkən yalnız saatlara deyil, aşağıdakı suallara da cavab axtarın:

  • Nə qədər real praktika edəcəyəm?

  • Kouçinqim kim tərəfindən müşahidə olunacaq və necə əks-əlaqə (feedback) alacağam?

Çünki 125 saat auditoriyada olmaqla, 125 saat peşəkar olaraq böyümək eyni şey deyildir.

Seçim Etməzdən Əvvəl Özünüzə Bu 5 Sualı Verin

  1. Kouçinq benim üçün əlavə kompetensiyadır, yoxsa əsas peşə?

  2. ACC mənim üçün kifayət edən mərhələdir, yoxsa birbaşa PCC-ni planlaşdırıram?

  3. Proqram həqiqətən ICF ESS (Education Search Service) bazasında akkreditə olunubmu?

  4. Proqramda real canlı praktika və sübut olunmuş mentorluq dəstəyi varmı?

  5. Bu təlimdən sonrakı növbəti addımım nə olacaq?

Tez-Tez Verilən Suallar (FAQ)

Level 1 kouçinq proqramı nədir?

ICF Level 1 — minimum 60+ təlim saatı təqdim edən və ACC credential istiqamətində baza yaradan akkreditə olunmuş coach education səviyyəsidir.

Level 2 kouçinq proqramı nədir?

ICF Level 2 — minimum 125+ təlim saatı təqdim edən və PCC credential istiqamətində dərinləşmiş inkişaf sağlayan akkreditasiya səviyyəsidir.

Level 1-i bitirən kimi avtomatik ACC oluram?

Xeyr. Level 1 proqramın akkreditasiyasıdır. ACC ünvanı üçün ICF-in tələb etdiyi praktiki saatlar və qiymətləndirmə mərhələsi tamamlanmalıdır.

ICF akkreditasiyasını necə yoxlaya bilərəm?

ICF-in rəsmi Education Search Service (ESS) bazasına daxil olaraq təlim provayderinin rəsmi statusunu yoxlaya bilərsiniz.

Son Söz: Əvvəlcə "Level"-i Deyil, Gedəcəyiniz Yeri Seçin

Bəzən inkişaf yolunda daha çox olanın daha yaxşı olduğunu düşünürük: Daha çox saat, daha böyük proqram, daha yüksək titul...

Lakin peşəkar inkişaf saylardan ibarət değildir. Ən doğru yol en uzun yol deyil, sizi məqsədinizə aparan yoldur.

ICE Academia-da biz kouçinq təhsilini sadəcə növbəti titulu qazanmaq prosesi kimi deyil, şüurlu bir peşəkar transformasiya mühiti kimi görürük. Sizə en uyğun inkişaf xəritəsini birlikdə müəyyənləşdirmək üçün ICE Academia komandası ilə əlaqə saxlaya bilərsiniz.

Loading