Valideynlərin Övladlarını Anlaması: Dinləməkdən Doğan Güc

Təhsil prosesi yalnız şagirdlər üçün deyil, valideynlər üçün də bir yolçuluqdur.
Bəzən bu yolçuluq səssiz, bəzən isə çətin və dolanbaclı olur.
Uşaqların dəyişən dünyasına ayaq uydurmaq, onların nə hiss etdiyini başa düşmək asan deyil.
Amma onları həqiqətən anlamaq üçün kiçik, amma dərin təsirli addımlar var.

1. Dinləmək – Həqiqi Bağın Başlanğıcı

Uşaqların duyğularını, gündəlik yaşantılarını dinləmək – sadəcə “Məktəb necə keçdi?” deməklə kifayətlənmir.
Onlara həqiqətən diqqət yetirmək lazımdır.
Məsələn:
“Bu gün səni nə çətinləşdirdi?”
“Bugün səni sevindirən bir şey oldumu?”

Bu kimi suallar uşağınızın daxili aləminə sevgi və hörmətlə yaxınlaşmaqdır.

2. Zamanına və Öz Tərzinə Hörmət Etmək

Hər bir uşaq fərqli templə öyrənir, fərqli maraqlara sahibdir.
Valideyn olaraq övladınızın öz öyrənmə ritminə və maraq sahələrinə hörmət göstərmək, onun özünü ifadə etməsini və özünə inamını gücləndirir.

3. Gözləntilərdə Tarazlıq Qurmaq

Uşaqlar bəzən valideynlərinin gözləntiləri altında əzilir.
Onların göstərdiyi səy və inkişaf mərhələlərini görmək, qiymətləndirmək çox önəmlidir.
Uğur – təkcə qiymətlərlə ölçülmür; əsas məsələ uşağın göstərdiyi səy və içindəki potensialın açılmasıdır.

4. Dəstəkləmək, Amma İdarə Etməmək

Valideyn olmaq – uşağın yerinə qərar vermək deyil, onunla bərabər bu yolu addımlamaqdır.
Öz arzularınızı onların həyat məqsədlərinə çevirmək əvəzinə, onlara yol göstərmək və istiqamət vermək daha güclü dəstəkdir.

5. Məktəb Həyatını Hər Şey Kimi Görməmək

Uşaqlar yalnız bir şagird deyillər.
Onlar həm də oyun oynayan, xəyal quran, duyğularını tanımağa çalışan gənc insanlardır.
Məktəb – onların həyatının sadəcə bir hissəsidir.
Onları bütünlüklə görmək, onları həqiqətən anlamaq deməkdir.

Yekun: Dinləmək – Ən Böyük Hədiyyəmizdir

Hər bir valideyn övladı üçün ən yaxşısını istəyir.
Ancaq bəzən bu “ən yaxşı” arzusu ilə uşağın ehtiyacları arasında görünməz bir məsafə yaranır.
Bu məsafəni bağlayan tək körpü – qəlbdən dinləməkdir.

Çünki uşaq özünü eşidilmiş hiss etdikdə:
Daha güvənli olur.
Və öz yolunu tapmaqda daha cəsarətli davranır.

👉 Valideyn olmağın ən gözəl tərəfi, övladımızı hər gün bir az daha tanımaq fürsətidir.
Onları diqqətlə dinləmək, anlamğa çalışmaq və yanlarında olmaq...
Əslində təkcə onlara deyil, özümüzə verdiyimiz ən gözəl hədiyyədir.

Senem Egilmezer, MCC

Loading