Dincer Köse
25 ildən artıq beynəlxalq təcrübəyə malik İnşaat Mühəndisi, Baş Proyekt Planlama Mütəxəssisi və Delay & Claim Məsləhətçisidir.
Avropa və Yaxın Şərqdə icra olunan iri miqyaslı infrastruktur, enerji və hündürmərtəbəli layihələrdə Primavera P6 əsaslı planlama, gecikmə analizi (delay analysis) və FIDIC müqavilələri üzrə claim və EOT (müddət uzadılması) sahələrində ixtisaslaşıb.
Jacobs, Turner International, Kolin–Salini JV kimi beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışmış, Almaniya, Türkiyə və Körfəz ölkələrində yüksək büdcəli layihələrdə layihə planlama və nəzarət proseslərinə rəhbərlik etmişdir.
Impacted As-Planned, Time Impact Analysis və Windows Analysis metodları ilə sübut əsaslı gecikmə hesabatları hazırlamış və claim/arbitraj komandalarına texniki dəstək vermişdir.
ICE Academia çərçivəsində Dinçer Köse;
Layihə Planlaması, Contract & Claim Məsləhətçiliyi, Delay Analizi və Primavera P6 Praktiki Təlimlərini İngilis və Türk dillərində, real layihə nümunələri və beynəlxalq standartlara uyğun şəkildə tədris edir.