Kabirə Məmmədova
Kabirə Məmmədova — liderlik, insan davranışları, emosional zəka və kompetensiyaların qiymətləndirilməsi sahəsində ixtisaslaşmış təlimçi, fasilitator və ekspertdir.
8 ildən artıq təlimçilik və 6 ildən artıq liderlik kompetensiyalarının qiymətləndirilməsi təcrübəsinə malikdir. “Yüksəliş” liderlik müsabiqəsində ekspert kimi fəaliyyət göstərmiş, Hogan Assessments alətlərinin Azərbaycan dilinə adaptasiyasında iştirak etmişdir.
ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunudur. Gələcəyin Peşələri Sammiti (GPS Summit) və Qazaxıstanda Astana Hub platformasında spiker qismində çıxış etmişdir. Peşəkar fəaliyyətində insan potensialının üzə çıxarılması, emosional və sosial bacarıqların inkişafı, liderlik və effektiv davranış modellərinə fokuslanır.