Lale Coskun
Müştəri Əlaqələri Koordinatoru | Həyat və Münasibət Koçu
2008-ci ildə Elm və Təfəkkür Universitetinin Tibbi biologiya fakültəsini bitirmişəm. Daha sonra Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-laborant ixtisası üzrə internatura keçmişəm.
Universiteti bitirdikdən sonra müxtəlif sahələrdə peşəkar təcrübə qazanmışam. Son altı il ərzində özəl sektorda analitik kimi fəaliyyət göstərmişəm. İnsan davranışlarını anlamaq, psixologiya və şəxsi inkişaf isə bütün bu illər ərzində xüsusi maraq göstərdiyim sahələr olub.
2023-cü ildən etibarən müxtəlif beynəlxalq sertifikatlı koçluq proqramlarında, təlim və seminarlarda iştirak edərək bu istiqamətdə bilik və bacarıqlarımı peşəkar səviyyədə inkişaf etdirməyə başlamışam. Hazırda Müştəri Əlaqələri Koordinatoru və Həyat və Münasibət Koçu kimi fəaliyyət göstərirəm.
İnsanların özlərini və münasibətlərini daha yaxşı anlamalarına, məqsədlərini aydınlaşdırmalarına və bu məqsədlərə doğru daha şüurlu və inamlı addımlar atmalarına yol yoldaşı olmaq mənim üçün sadəcə bir peşə deyil. Bir insanın həyatında müsbət dəyişikliyin başlanğıcına töhfə verə bilmək bu yolu seçməyimin ən böyük səbəblərindən biridir.
Psixologiya, insan davranışları və şəxsi inkişafla bağlı araşdırmaq və oxumaq həyatımın ayrılmaz hissəsidir. Öyrənməyə davam etdikcə bilik və təcrübələrimi insanlarla bölüşməyi, onların öz yollarını kəşf etmələrinə və potensiallarını daha yaxşı tanımalarına dəstək olmağı önəmsəyirəm.