Murad Süleymanlı

Mən, Murad Süleymanlı.

Lisans təhsilimi 2015–2020-ci illərdə neft və qaz mühəndisliyi ixtisası üzrə, magistr təhsilimi isə 2020–2022-ci illərdə MBA (Biznesin İdarə Edilməsi) proqramı çərçivəsində tamamlamışam. Müxtəlif disiplinlər üzrə qazandığım akademik baza mənə həm texniki, həm də idarəetmə yönümlü baxış bucağı formalaşdırmağa imkan verib.

2018–2021-ci illər ərzində British Council Azerbaijan təşkilatında Exams Supervisor vəzifəsində çalışmışam. Bu müddət ərzində əməliyyatların idarə olunması, məsuliyyətin üzərinə götürülməsi və insanlarla effektiv ünsiyyət sahələrində dəyərli təcrübə əldə etmişəm.

2021-ci ildən etibarən Azərbaycan Beynəlxalq Bankında (ABB) fəaliyyət göstərirəm və hazırda Scrum Master olaraq komandaların daha çevik, səmərəli və dəyər yönümlü şəkildə çalışmasına dəstək oluram.

Agile yanaşmalar, məlumata əsaslanan qərarvermə (data-driven decision making)kouçluq / transformasiya sahələri əsas maraq dairəmi təşkil edir. Öyrəndiklərimi praktikada tətbiq etmək, komandaların və fərdlərin inkişaf yolculuqlarında onlara yol göstərmək mənim üçün yalnız peşəkar fəaliyyət deyil, eyni zamanda güclü şəxsi motivasiya mənbəyidir.