PCC İlham N Musayev
Biznes Mentoru, Peşəkar Sertifikatlı Kouç, Beynəlxalq Spiker və Təlimçi
(Dr.) İlham N. Musayev, ICF sertifikatlı peşəkar kouç (PCC) və karyera, şəxsi inkişaf və liderlik sahələrində insanlara dəstək olan biznes mentorudur. Onun dəstək sahəsi həmçinin şəxsi effektivlik, real hədəflərin müəyyən edilməsi və təşkilatlı/strukturlaşdırılmış olmağa da şamil edilir. (Dr.) İlham həmçinin kouçluq və mentorluq texnikalarından istifadə etməklə xidmətkar liderlik yanaşmasının inkişafına kömək edir.
Ümumilikdə 30 ildən artıq praktiki təcrübəyə malikdir. Bu təcrübənin 25 ili neft-qaz sektorunun aparıcı şirkətlərindən biri olan bp-də çalışaraq qazanılmışdır.
2024-cü ildə Azərbaycan Cüdo Federasiyasına Transformasiya Proqramı Meneceri kimi qoşulmuşdur. Federasiyada transformasiya meneceri kimi fəaliyyəti nəticəsində iki qızıl medal qazanılmış və təşkilati mükəmməllik, qalibiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində böyük töhfələr vermişdir.
(Dr.) İlham Musayev peşəkar kouçluq fəaliyyətinə 2018-ci ildə başlamış, müxtəlif ICF akkreditasiyalı təlimlərdən keçmiş və əhəmiyyətli praktiki kouçluq təcrübəsi qazanmışdır.
2023-cü ilin oktyabr ayından etibarən İlham N. Musayev ICF Azərbaycan Bölməsi Prezidenti seçilmişdir.
2024-cü ilin oktyabr ayında isə bu vəzifəni yeni komandaya təhvil vermişdir.
Eyni zamanda, qarşıdakı 2 il müddətinə ICF Qlobal Brend Elçisi (Brand Global Champion) təyin olunmuşdur.
2023-cü ilin oktyabr ayında İlham N. Musayev Azteca Universiteti tərəfindən ona verilən yüksək nüfuzlu bir mükafata – Biznesin İdarə Edilməsi üzrə İrəli Təhsil üzrə Fəxri Doktor (Doctor of Advanced Studies – DAS) adına layiq görülmüşdür. Bu fəxri dərəcə, milli və beynəlxalq səviyyələrdə xüsusi akademik və sosial töhfə vermiş şəxslərə təqdim edilir.
Sahib olduğu peşəkar sertifikatlar və akkreditasiyalar:
-
International Coaching Federation – Peşəkar ICF-PCC Kouç | ICF üzvü
-
Sertifikatlı Qrup və Komanda Kouçu
-
Personal Agility Institute – Tanınmış Şəxsi Çeviklik Səfiri (PARA)
-
Scrum.org – PSM II | PAL I | PSPO I
-
Project Management Institute – PMP®
-
ICAgile – ICAgile-ICP-ACC/ATF | ICAgile-Çevik Kouçluq Eksperti | ICAgile-Təşkilat üzrə Çevik Kouçluq Eksperti
-
George Washington Business School – Magistr, Layihələrin İdarə Edilməsi
-
University of North Alabama – İcraçı MBA (EMBA)