Pərviz Babazadə
Babazadə Pərviz İlqar oğlu
Adnan Menderes Universitesində İqtisadiyyat ixtisası üzrə təhsil almışdır.Lakin paralel olaraq hələ ali təhsili bitirmədən online 3D modelləmədən tədris görməyə başlamışdır.10 ili aşan inşaat, təmir sahəsində olan fəaliyyəti zamanı müxtəlif şirkətlərdə işləmişdir.”Adpro Creative Concept” və “Archimet” də işlədiyi zaman bir çox dövlət və fərdi, ev və iaşə obyektlərində çöl və iç mebellərinin dizaynı, 3d modelləməsi və vizualizasiyası, istehsalına qədər ərsəyə gəlməsində aktiv iştirak etmişdir.Belə ki, Ağ Şəhər lahiyəsində yerləşən müxtəlif parklarda skamya, işıq dirəkləri, perqolaların dizayn müəllifi olmuşdur.Hyatt Regency otelində yerləşən ana bina ilə spa binasının birləşdirən şuşə konstruksiyalı perqolası, Bakı nəqliyyat agentliyinə məxsus olan dayanacaqların 3d modelləməsi və vizualizasiyasının müəllifidir.Eyni vaxtda bir neçə yaşayış binasında yerləşən mənzillərin, villaların interyer dizaynı, vizualizasiyası və realizasiyası ilə də məşğul olmuşdur.”Zen Architects” şirkətində işlədiyi dövrdə Royal Park Residence yaşayış kompleksində yerləşən villaların fasad, interyer və landşaft dizaynlarının müəllifi olmuşdur.Nəyinki dizaynı hətta realizasiya sonuna qədər təhvil vermişdir.”High Park Residence” elit yaşayış kompleksində bir neçə memari və dizayn həlləri, mockup villanın interyer dizaynının beton halından açar təhvilinə qədər müəllifi olmuşdur.3D modelləmə, dizayn və vizualizasiya sahəsində diplom və rəsmi “Autodesk” möhürlü sertifikata sahibdir.Pərviz hazırda özünün təsisçisi olduğu “Smart concept & design” şirkətinin fəaliyyətini davam etdirir.Hazırda beynalxalq 3D model platformalarında satışda olan modelləri və mockupları mövcuddur.10 ili aşan təcrübə sahəsində zəngin portfolioya sahibdir.
Tədris edilə biləcək proqramlar.
- Autodesk Autocad
- Autodesk 3ds Max
- Chaos Corona Renderer
- Lumion
- Adobe Photoshop (post production)