Rəşad İbrahimov

Rəşad İbrahimov 
Təlim üzrə koordinator, mətbuat katibi


1977-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirib və oranı magistr dərəcəsi ilə bitirib. İxtisasca iqtisadçı olmasına baxmayaraq, dil və ədəbiyyata olan sevgisi onu mətbuata gətirib. Bununla da R. İbrahimovun qəzet, TV, ayrı-ayrı dərgilər və internet portallarında uzunillik karyerası başlayıb. 


Yazarlıq, nitq bacarıqları və iqtiiqtisadiyyat sahəsində təhsili ona daha sonra PR və marketinq sahələrində çalışmaq üçün şərait yaradıb. “Akkord”, “Silk way” “İtaldizayn”, “Palmalı” və s. kimi nüfuzlu holdinqlərdə fəaliyyət göstərmiş R. İbrahimov  bir sıra irimiqyaslı layihələrin təşkilində və həyata keçirilməsində yaxından iştirak edib.  


İnsanlara ünsiyyət üzərində qurulan 25 illik iş həyatından sonra, hələ də sevimli peşəsini tapmadığını anlayan R. İbrahimov tam təsadüfən internet portallarının birində kouçinq anlayışı ilə tanış olur. Bu sahənin əsasları, iş prinsipləri və mexanizmləri haqda məlumat topladıqdan sonra qərar verilir: “Mən kouç olmalıyam!”. Bu qərarın bir təməl sütunu var – insanalara xoşbəxt olmağa kömək etmək. Amma necə? 


Aktiv axtarışlar tezliklə öz bəhrəsini verir – məlum olur ki,  Azərbaycanda fəaliyyət göstərən və İCF-in (Beynəlxalq Kouçinq Federasiyası) akkreditasiyasından keçmiş yeganə və ilk qurum var.  Bu, “İCE Beynəlxalq Təhsil Kouçinq Akademiyası”dır. Beləliklə, dərhal akademiyada təhsil almağa qəti qərar verilir. Akademiyanın MCC dərəcli kouçlarının 174 saatlıq diplom proqramını  uğurla bitirən R. İbrahimov hazırda bu qurumda təlim koordinatoru və mətbuat katibi kimi fəaliyyət göstərir, akademiyanın peşəkar kollektivinin dəstəyi ilə kouçinqin Azərbaycanda təbliğində yaxından iştirak edir.