Ülkər Bayramlı
Ülkər Bayramlı İnsan Resursları, Öyrənmə & İnkişaf və Kouçluq sahələrində 12 ildən artıq təcrübəyə malik, beynəlxalq mühitlərdə çalışmış peşəkar mütəxəssisdir. Neft & Qaz, Dənizçilik, Mühəndislik və Korporativ Xidmətlər sektorlarında insan yönümlü və davamlı transformasiya layihələri həyata keçirmişdir.
ICF sertifikatlı Kouç, HR Business Coach, Mentor və Kompetensiya Qiymətləndiricisi kimi liderliyin inkişafı, istedadların idarə olunması, təşkilati mədəniyyət və dəyişikliklərin idarə edilməsi sahələrində ixtisaslaşmışdır. İngilis, rus, Azərbaycan və türk dillərində sərbəst ünsiyyət qurur.
Train-the-Trainer (TOT) təcrübəsinə əsaslanaraq liderlik, kommunikasiya, təşkilati mədəniyyət və davranış bacarıqları üzrə ölçülə bilən nəticələr yaradan təlim proqramları dizayn edir və həyata keçirir. Məqsədi yüksək performanslı və əməkdaşlığa əsaslanan iş mühitləri formalaşdırmaqdır.