MƏQSƏD
Diplom proqramını bitirmiş iştirakçılar ICF-dən PCC Title üçün müraciət edərək PCC titullu məşqçi ola bilərlər. PCC titulları olan məşqçilər ACC və ya PCC titulları olmaq istəyən məşqçilərə mentorluq edə bilərlər. Bu modulun məqsədi titul almaq istəyən məşqçiləri mentor olmaq üçün lazımi bilik və bacarıqlarla təmin etməkdir.
ACC Kouçunun Əsas Bacarıq Səriştəsi
ACC Səs Yazısının Qiymətləndirilməsi
PCC Kouçunun Əsas Bacarıq Səriştəsi
PCC Səs Yazısının Qiymətləndirilməsi
Mentor Kouçluq Görüşləri Necə
Strukturlaşdırılır
CKA İmtahanı Haqqında Məlumatlandırma
TƏCRÜBƏ
MƏQSƏD: İlk 2 modulu tamamlayan namizədlərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün 30 seans təcrübəsi keçmələri gözlənilir. Bu seansları “Seans Qiymətləndirmə Formu” ilə sənədləşdirmələri tələb olunur.
MENTORLUQ
MƏQSƏD: Məcburi və Seçimli modulları tamamlayan iştirakçılar 100 saatlıq kouçluq tətbiqini bitirdikdən sonra 10 saatlıq mentorluq mərhələsinə başlayacaqlar.
SEÇMƏLİ MODULLAR
ACTP Diplom proqramı üçün tələb olunan seçməli modul sayı minimum 2-dir. İstəyən iştirakçılar bu sayını artıra bilərlər.
İştirakçıların ACTP Diplomunu əldə etməsi üçün Əsas Kouçluq Bilik və Bacarıqları Təlimi məcburi olmaqla, seçilmiş modullardan ibarət ən azı 125 saatlıq təlimi tamamlamaları vacibdir.
125 saatlıq təlim tamamlandıqdan sonra 10 saatlıq Mentorluq dərsini də bitirməli və ardından 2 ədəd kouçluq görüşünün səs yazısını transkriptləri ilə birlikdə təqdim etməlidirlər.
Tələb olunan səviyyədə səs yazısını tamamlayan iştirakçılar ACTP Diplomunu almağa haqq qazanırlar.
ACTP Diplomu ilə 100 saat tətbiq edənlər ICF-ə ACC üçün müraciət edə bilərlər
500 saat kouçluq seansı keçirənlər isə PCC üçün müraciət edə bilərlər.