Camaleddin Ömərov
Camaləddin Ömərov yaşayış, kommersiya və ictimai binaların layihələndirilməsi sahəsində 6 illik təcrübəyə malik peşəkar memardır. O, müasir BIM texnologiyalarını və parametrik modelləşdirmə yanaşmalarını tətbiq edərək davamlı və funksional memarlıq həlləri yaradır.
Bilkent Universitetinin məzunu olan Camaləddin, karyerası ərzində “PBA CJS” şirkətində Aparıcı Dizayn Memarı, həmçinin “METDIZAYN” şirkətində memarlıq sahəsində müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərmişdir.
O, beynəlxalq LEED® Green Associate sertifikatına malikdir və layihələrin RIBA standartlarına uyğun şəkildə idarə olunmasında peşəkar təcrübəyə sahibdir.
Autodesk Certified Instructor olaraq, Camaləddin Ömərov Autodesk Revit, Autodesk Navisworks, Autodesk AutoCAD və Grasshopper proqramları üzrə peşəkar təlimlər təqdim edir. Təlimlərində məqsədi iştirakçılara həm texniki bilik, həm də real layihələrdə tətbiq edilə bilən praktiki bacarıqlar qazandırmaqdır.